06.02.2023

Ümumilli lider Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı tədbir keçirilib

Abşeron - Xızı Regional Təhsil İdarəsi və Sumqayıt şəhər 1 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə ümumilli lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar olaraq mərkəzimizdə Azərbaycan Respublikasının əməkdar artisti, sevimli sənətkar Azad Şükürov ilə görüş təşkil olunub.

Çıxışçıların səbəbkarın yaradıcılığı haqqında söylədikləri, tələbələrinin maraqlı çıxışları və sənət nümayəndələrinin mahnı töhfələri tədbiri daha rəngarəng və yaddaqalan edib.

Görüş mərkəzin dərnək üzvlərinin ifasında səhnələşdirilən ədəbi-bədii kompozisiyalar ilə davam edib.


Açar sözlər: