02.02.2023

"Gənclər Günü" ilə bağlı tədbir 

Abşeron-Xızı Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə 2 Fevral Gənclər günü münasibətilə "Ümummilli Lider Heydər Əliyev və Azərbaycan Gəncləri" mövzusunda praktik konfrans keçirilib. Sumqayıt şəhəri, Abşeron və Xızı rayonlarında ümumtəhsil və məktəbəqədər təhsil müəssisələrində çalışan gənc müəllimlərin, eləcə də gənc təhsil işçilərinin iştirakı ilə keçirilən tədbirdə öncə Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarını qurban verən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İ. Abdullayeva gəncləri təbrik edərək, bildirib ki, 2 fevral tarixinin Gənclər Günü kimi elan olunması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu günün 1997-ci ildə Ulu Öndər Heydər Əliyevin sərəncamı ilə təsdiq olunması gəncliyə göstərdiyi diqqət və qayğının bariz nümunəsidir. Müstəqilliyimizin ilk illərində Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş gənclər siyasəti bu gün uğurla davam etdirilir. İ. Abdullayeva bildirib ki, biz qalib ölkənin vətəndaşlarıyıq və qalib müəllimlər kimi qalib ölkənin şagirdlərinə dərslər keçirik. Biz bu qalibiyyətə görə Ali baş komandan prezident İlham Əliyevə və ordumuza borcluyuq.

Çıxışlardan sonra br qrup müəllimə Abşeron-Xızı Regional Təhsil İdarəsinin təşəkkürnamələri təqdim olunub.


Açar sözlər: