24.12.2022

Eksternat qaydasında aralıq imtahanları keçirilib

Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə eksternat qaydasında aralıq imtahanları 24 dekabr 2022-ci il tarixdə Sumqayıt şəhər 18 nömrəli tam orta məktəbdə keçirilib

Ümumi orta və tam tam orta təhsil bazası üzrə 215 nəfər imtahanda iştirak edib.

Qeyd edək ki, sərbəst (eksternat) təhsilalma formasının tətbiqi müxtəlif səbəblərdən ümumi orta və tam orta təhsil səviyyəsini başa vura bilməyən şəxslərə həmin səviyyə üzrə buraxılış imtahanı verib müvafiq təhsil sənədi almaq üçün şərait yaratmaq məqsədi daşıyır.

Eksternat imtahanlarında uğur qazanmış şəxslər ümumi orta və tam orta təhsil haqqında sənəd (attestat) almaq üçün Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən buraxılış imtahanlarında iştirak etmək hüququna sahib olacaqlar.


Açar sözlər: