21.12.2022

Sumqayıt şəhər Şah İsmayıl Xətai adına 30 nömrəli tam orta məktəbin 40 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Sumqayıt şəhərində 30 nömrəli tam orta məktəbin 40 illik yubileyi qeyd edilib

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Sumqayıt şəhər Şah İsmayıl Xətai adına 30 nömrəli tam orta məktəbin 40 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə ümumtəhsil müəssisələrinin direktorları, şəhər ictimaiyyətinin təmsilçiləri, məktəbi müxtəlif illərdə bitirmiş məzunlar, müəllim və şagirdlər iştirak edib.

Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva çıxış edərək məktəbin yubilleyi münasibəti ilə məktəbin pedaqoji kollektivini təbrik edib, daha sonra Abşeron-Xızı Regional Təhsil İdarəsinin fəxri fərmanları təqdim edilib.

Məktəbi əvvəlki illərdə bitirmiş məzunlar məktəb illəri ilə bağlı xatirələrini bölüşüb, tədbirin təşkilatçılarına minnətdarlıqlarını bildiribər.

Tədbir məktəbin kollektivinin hazırladığı yubiley proqramı ilə davam etdirilib.


Açar sözlər: ,