15.12.2022

Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş yarış

Abşeron-Xızı Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş oğlanlar və qızlar arasında təşkil olunmuş şahmat və dama üzrə region turniri başa çatıb.

Sumqayıt, Abşeron və Xızı üzrə 36 məktəblinin iştirakı ilə keçirilən yarışda 12 şagird sertifikatlarla təltif olunub.

Yarış məktəblilər arasında həmin idman növlərinin kütləviliyinə nail olunması, şagirdlərin asudə vaxtlarının səmərəli keçirilməsi və intellektual hazırlıqlarının artırılması məqsədilə həyata keçirilib.