01.02.2023

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin rəhbərləri ilə görüş

Abşeron-Xızı Regional Təhsil İdarəsinin (AXRTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirilib.

2022-2023-cü tədris ilinin fəaliyyət istiqamətləri, 2022-ci ilin yekunları və yeni təqvim ilində qarşıda duran vəzifələrə həsr olunan görüşdə AXRTİ-nin Sumqayıt şəhəri və Abşeron-Xızı rayonları üzrə sektor müdirləri, müvafiq struktur bölmə rəhbərləri və məktəb direktorları iştirak ediblər.

AXRTİ-nin Abşeron və Xızı rayonları üzrə təhsil sektorunun müdiri Rahim Novruzov çıxışı zamanı həyata keçirilən islahatların Azərbaycan təhsilinə gətirdiyi yeni məzmunun tətbiqi, təhsil sistemində gedən modernləşmənin davam etdirilməsi, həmçinin ümumi təhsilin məqsədyönlü inkişafını nəzərdə tutan yeniliklər barədə fikirlərini bildirib.

R.Novruzov 2022-2023-cü il tədris ilində ümumi təhsilin fəaliyyət istiqamətləri barədə Azərbaycan Respublikası elm və təhsil nazirinin əmrində müəyyən edilmiş əsas prioritetlərdən danışıb.

Abşeron-Xızı Regional Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr üzrə məsul şəxsi Səbinə Məmmədova çıxış edərək tədrisin səmərəli təşkili, vətəndaş məmnunluğunun təmin olunması, informasiyanın səmərli istifadəsi eləcə də informasiya mübadiləsi, ictimaiyyətlə əlaqələr və digər məsələlərlə bağlı fikirlərini səsləndirib.

Görüşdə AXRTİ-nin Sumqayıt şəhəri üzrə təhsil sektorunun müdir əvəzi Günel Zeynalova da çıxış edərək fənn olimpiadalarına hazırlıq, təhsilalanların müstəqil öyrənmə bacarıqlarının inkişaf etdirilməsi, ibtidai siniflərdə şagirdlərin oxu, yazı və hesablama bacarıqlarının təhlilindən bəhs edib. Həmçinin şagirdlər arasında yaradıcılıq müsabiqələrinin keçirilməsi, “Zəfər tarixi” kursu monitorinqlərin aparılması, milli-mənəvi dəyərlərin formalaşdırılması üçün təhsil müəssisələrində işin təşkili və digər məsələləri də vurğulayıb.

AXRT-nin Abşeron-Xızı rayonları üzrə təhsil sektorunun məsləhətçisi Sənan Xəlilov məktəblərdə aparılan operativ monitorinqlərin nəticələri və diaqnostik qiymətləndirmələrlə əlaqədar bəzi məsələləri vurğulayıb. Eyni zamanda monitorinqlər zamanı aşkarlanan nöqsanlar barədə fikirlərini bildirib.

Daha sonra məktəb direktorları ilə bir sıra aktual məsələlər ətrafında müzakirələr aparılıb, onları maraqlandıran suallara cavab verilib və müvafiq təkliflər səsləndirilib.


Açar sözlər: ,