Pedaqoji şuranın növbəti iclası keçirilib
Texniki və Təbiət Elmləri Liseyində keçirilən iclasda Abşeron-Xızı Regional Təhsil İdarəsinin (AXRTİ) müdiri İ.Abdullayeva, idarənin müdir müavini Ramin Abasov, Sumqayıt şəhəri üzrə təhsil sektorunun əməkdaşları, məktəb direktorları iştirak edib. Görüşdə bir sıra cari məsələlər müzakirə edilib. Ümumtəhsil müəsisələrində 9-cu siniflərin buraxılış imtahanlarının hazırlıq səviyyəsi, 5-ci siniflərdə ana dili və riyaziyyat fənni üzrə şagirdlərin diaqnostik biliklərinin yoxlanılması məqsədi ilə keçirilən monitorinqin nəticələri, Zəfər tarixi kursunun tədrisi və eyni zamanda cari ildəki növbəti olimpiadaya hazırlıqla bağlı görülmüş işlər barədə müzakirələr aparılıb.
Sonda AXRTİ-nin rəhbərliyi tərəfindən görüş iştirakçılarının çoxsaylı sualları cavablandırılıb və məktəb rəhbərlərinə tapşırıqlar verilib.