16.11.2022

Elm və təhsil naziri beynəlxalq konfransda çıxış edib

Elm və təhsil naziri Emin Əmrullayev Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilən “Erkən uşaqlıq dövründə qayğı və təhsil”  beynəlxalq konfransı çərçivəsində təşkil olunmuş siyasət, idarəetmə və maliyyə üzrə yüksək səviyyəli sessiyada çıxış edib.

Nazir çıxışında Azərbaycanda məktəbəqədər təhsilin əhatəliliyinin və keyfiyyətinin artırılması istiqamətində görülən işlər və əldə olunan uğurlar barədə tədbir iştirakçılarına məlumat verib. Emin Əmrullayev qeyd olunan sahələr üzrə beynəlxalq əməkdaşlığın, eləcə də təcrübə mübadiləsinin vacibliyini vurğulayıb.


Açar sözlər: