Abşeron rayonu ərazisində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirilib.
19.11.2022-ci il tarixdə keçirilən görüşdə AXRTİ-nin rəhbərliyi, Abşeron rayonu üzrə təhsil sektorunun müdiri, idarə əməkdaşları və məktəb direktorları iştirak ediblər.
Görüşdə məktəbdaxili qiymətləndirmə, məktəb üzrə hesabatların hazırlanması, şagirdlərin dərsə davamiyyəti, fənn olimpiadaları və cari məsələlər müzakirə edilib.
Sonda görüş iştirakçılarının çoxsaylı sualları cavablandırılıb və məktəb rəhbərlərinə tapşırıqlar verilib.