27.09.2022

27 sentyabr-Anım Günü

Abşeron-Xızı Regional Təhsil İdarəsini tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələrində 27 sentyabr-Anım Günü ilə bağlı tədbirlər keçirilib.

Silsilə tədbirlər çərçivəsində "Açıq dərsl" lər, ədəbi-bədii kompozisiyalar, “Dəyirmi masa” lar, seminar, mühazirə, foto və rəsm sərgiləri təşkil olunub.

Tədbirlərdə Vətən Müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, 27 sentyabr-Anım Günü barədə şagirdlərə ətraflı məlumat verilib. Bildirilib ki, döyüş meydanında əsgər və zabitlərimizin göstərdiyi şücaət xalqımızın zəfər tarixinə qızıl hərflərlə yazılıb. Şəhidlərin döyüş yolu və vətənpərvərliyi gələcək nəsillər üçün nümunə olduğu vurğulanıb.

Həmçinin qələbənin əldə olunması uğrunda canlarından keçən şəhidlərimizin xatirəsini əziz tutmaq, onların keçdiyi şərəfli döyüş yolunu gənclərə nümunə göstərmək məqsədilə şagirdlərin qazi və şəhid ailələri ilə görüşləri təşkil olunub, onların həyatı və keçdiyi döyüş yolu haqqında söhbət aparılıb.

Bundan başqa, şagirdlərin Vətən Müharibəsi Memorial Kompleksinə ekskursiyaları təşkil olunub.


Açar sözlər: ,