15.08.2022

Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin idmançıları qalib olub

Türkiyənin Konya şəhərində V İslam Həmrəyliyi Oyunlarında güləş yarışlarına start verilib.

Qadın güləşi üzrə Azərbaycan yığma komandasının tərkibində yarışa qatılan Abşeron rayon İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin idmançıları Jalə Əliyeva (57 kq) qızıl medal, Elnurə Məmmədova (55 kq) isə bürünc medal qazanıb.

Qalib idmançıları təbrik edir, yeni uğurlar arzulayırıq!


Açar sözlər: