16.08.2022

İKT üzrə təlimlər keçirilir

Abşeron-Xızı Regional Təhsil İdarəsinin əməkdaşları üçün İKT üzrə təlimlərə start verilib.

İdarənin inzibati-idarəetmə heyətinin İKT üzrə savadlılığının artırılması məqsədilə keçirilən təlimlər həm onlayn həm də əyani formada təşkil olunur.

Proqrama uyğun olaraq idarə əməkdaşlarına İKT resurslarının öyrənilməsi və tətbiqi, proqramlaşdırma və informasiya təhlükəsizliyi, data analitika, şəbəkə və sistem inzibatçılığı mövzularında təlimlər keçirilir.

Abşeron-Xızı Regional Təhsil İdarəsinin əməkdaşlarının bilik və bacarıqlarının təkmilləşdirilməsi təhsili idarəetmə qurumunun daim diqqət mərkəzindədir və bu istiqamətdə mütəmadi olaraq müxtəlif mövzulu təlimlərin və kursların keçirilməsi nəzərdə tutulub.