01.08.2022

“İxtisas bələdçisi” adlı maarifləndirmə seminarı keçirilib

Avqustun 1-də Xızı rayonunda “İxtisas Bələdçisi” adlı maarifləndirmə seminarı keçirilib. Seminar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialının təşkilatçılığı, Azərbaycan Gənc Müəllimlər Assosiasiyası və Gənclərin İnkişaf və Karyera Mərkəzinin dəstəyi ilə təşkil olunub.

Seminarda 9-11-ci sinif şagirdləri, valideynlər və müəllimlər iştirak ediblər.

Seminarda iştirakçılara karyera məsləhətçiləri tərəfindən, ixtisas seçiminin aparılması meyarları, düzgün kodlaşdırma qaydaları, prosesin psixoloji aspektləri, əsas ixtisaslar və onların gələcək perspektivləri haqqında məlumatlar verilib.

Qeyd edək ki, layihənin əsas məqsədi iştirakçıları müasir əmək bazarının tələbləri barədə məlumatlandırmaq, abituriyentlərin düzgün ixtisas seçimi etmələrinə dəstək verməkdir.


Açar sözlər: