Bu gün sürətlə dəyişən dünyada yaşayırıq. Bütün sahələr kimi təhsil də yeni çağırışlarla üz-üzədir. Xüsusilə pandemiya təhsildə yeni həllərin tapılmalı olduğunu, ənənəvi təhsilə alternativlərin formalaşdırılmasının vacibliyini göstərdi. Və bu gün dünya iqtisadiyyatın sürətli inkişafı dövründə praktik bacarıqların əhəmiyyəti artır. Müəllimlərimiz bu yeni vəziyyətdə hansı yeni həllər tapırlar, dərs prosesini necə qurular və s bu kimi məqamları həmsöhbətimiz – Xızı rayonu Xələnc kənd orta məktəbin alman dili müəllimi, Verdiyeva Mehbanu ilə müzakirə etmişik.
Mehbanu Verdiyeva bakalavr təhsilini Azərbaycan Dillər Universitetində alıb, təhsilinin magistr və doktorantura dərəcəsini isə Azərbaycan Pedaqoji Universitetində bitirib. Bundan başqa alman dil səviyyələri (A1 A2 B1 B2) üzrə beynəlxalq sertifikatlar üçün hazırlıq müəllimidir.
- Günümüzün ən aktual problemi olan qlobal koronavirus pandemiyası dünyada mövcud olan bütün sahələrə ciddi təsir etdiyi kimi təhsil sahəsi üçün də arzuolunmaz problemlər yaratmışdır. Pandemiya və dövrünün təhsil sistemini bir sıra çağırışlarla üz-üzə qoyduğunu bilirik. Ümumiyyətlə Pandemiya və Postpandemiya təhsilverənlər üçün hansı yeni çağırışlar yaradıb?
- Karantin rejimi bizə çox şeyləri öyrətdi, onlardan biri də onlayn təhsil idi. Əslində bir çox valideynlər əvvəlcə onlayn təhsilə maraq göstərmir və təhsilin bu növünü təqdirəlayiq hesab etmirdi. Lakin müəyyən zaman keçdikcə artıq şagirdlərlə yanaşı onlayn proqrama qoşulan valideylərin sayı artdı və maraq dairəsi genişləndi. Düşünürəm ki, təhsilverənlərin bir nömrəli çağırışlarından biri müəlimlərin öz üzərində işləməsi və daim yeniliklərdən xəbərdar olaraq özünü inkişaf etdirməsidir. Müasir dövrdə müəllim təkcə öyrədən yox, eyni zamanda keyfiyyəti artırmaq baxımından həm də daim öyrənən modelində olmalıdır.
- Praktik biliklərin əhəmiyyəti artır. Nəzəriyyə və praktik bacarıqları necə uzlaşdırırsınız?
- Yeni başlayan ərəfələrdə uzlaşma məsələsi daha çətin alınırdı. Çünki pratika zəif olduğu təqdirdə bu daha çətin alınırdı. Hazırkı kurikulum sistemi də ilk baxışda ağır görünsə də müəyyən zaman keçdikcə və praktiki biliklər əldə etdikcə daha əlçatan olur. Buna görə də müəyyən təcrübələrdən sonra nəzəriyyə ilə praktikanı uzlaşdırmaq imkanı reallaşır. Səriştəli müəllim modeli də elə sözügedən uzlaşmanı bacara bilən müəllimdir.
- Müəllimin inkişafını nədə görürüsünüz?
- Əbəttə ki, müəllim mütəmadi olaraq yeniliklərdən xəbərdar olmalıdır və daimi olaraq bu yenilikləri öz işində tətbiq etməlidir. Bu həm də kurkilum sisteminin müəllimlərin qarşısında qoyduğu ən mühüm tələblərdən bəlkə də birinicisidir. Düzdür bəzən elə hallar olur ki, müəllimlər buna etiraz edirlər, ancaq düşünürəm ki, dövr dəyişir, zamanla ayaqlaşmaq lazımdır.
- Tədrisdə hansı yeniliklərdən istifadə edirsiniz?
- Çalışırıq ki, dərslərimiz yorucu olmasın, ancaq eyni dərs vəsaitlərindən istifadə etmirik, mütləq qaydada dil biliklərinin artırılması üçün müxtəlif səviyyə kitablarından, diskusiya kitablarından, elektron vəsaitlərdən istifadə edirəm.
- Şagirdlər müxtəlif fənnləri müəyyən səbəblərdən sevirlər, bəs sizin fənninizə maraq necədir?
- İllərdir bunu az-az hiss edirəm, ancaq son dönəmlər, çəkdiyimiz əziyyətin nəticəsi məni daha çox sevindirir. Şagirdlər nəinki dərs vaxtı eləcə də dərsdən sonra mütəmadi dərslə bağlı suallar verir, zəif qavradıqları tapşırıqların izahını istəyir və ən nəhayət bütün bunları sevə-sevə edirlər.
- Belə bir məşhur aforizm var “nə qədər dil bilirsənsə o qədər insansan” maraqlıdır şagirdlərimiz, gənclərimiz xarici dillərə nə qədər maraq göstərirlər?
- Bəli, bu doğru fikirdir, çünki biz hər hansı bir dili öyrənəndə eyni zamanda həmin dilin mədəniyyətini öyrənirik, həmin ölkə haqqında məlumatlı oluruq sanki həmin ölkədə qiyabi də olsa tur atırıq. Şagirdlərim də bu yöndən çox həvəslidirlər, artıq dərslə yanaşı online dil dərslərinə qoşulurlar, dil biliklərini müəyyən metodiki vəsaitlərlə, eyni zamanda diskusiyalarla daha da artırırlar.
- Müəllim həmkarınıza və müəllim olmaq istəyənlərə nə deyərdiniz?
- Uzun illərdir əhatəmdə müəllim olmaq istəyənlərə ən başlıca məsləhətim belədir: Üzərində daimi çalış bir də peşəni, ixtisasını çox sev! Çünki hər sahədə olduğu kimi bizdə də çətinliklər olur, və bu çətinliklərin öhdəsindən gəlmək üçün gərək işin sevəsən. Eyni zamanda müəllim ixtisasını sevməklə yanaşı gərək şagirdlərini də sevsin, əgər biz pedaqoquqsa hər tip şagirdlə işləyib fənni onlara sevdirməyi bacarmalıyıq. Kurikiulmda differensial təlimə əsasən müəllim şagirdi hər vəziyyətdə anlamalıdır, hər hansı zəif bacarığının üzərində çalışmalı, üstün bacarıqları da inkişafda saxlamalıdır. Bu çətin və şərəfli yolda bütün müəllim həmkarlarıma uğurlar arzu edirəm.