İyulun 21-də Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva vətəndaşları qəbul edib.
Qəbula gələn vətəndaşlar əsasən məktəbəqəbul, müəllimlərin işə qəbulu və yerdəyişməsi, işlə təmin olunma və digər mövzularla bağlı müraciət ediblər.
Vətəndaşların müraciətləri qeydiyyata alınıb, onların həlli istiqamətində müvafiq tapşırıqlar verilib.
Qeyd edək ki, vətəndaşlar +994 70 405 95 22 nömrəsinə zəng və ya “Whatsapp” xidmətinə müraciət edərək qəbula yazıla bilərlər.