19.07.2022

Sumqayıtda müəllimlərin işə qəbul üzrə imtahan prosesi izlənilib

İyulun 19-da müəllimlərin işə qəbulu üzrə imtahan prosesinin izlənilməsi məqsədilə Sumqayıt şəhəri 12 nömrəli tam orta məktəbə infotur təşkil edilib. 

İnfoturda Təhsil Nazirliyinin əməkdaşları, milllət vəkilləri, ali məktəblərin rektorları və media qurumlarının rəhbərləri iştirak edib.

İnfotur iştirakçılarına müəllimlərin işə qəbulu prosesində bu il tətbiq olunan yeniliklər barədə məlumat verilib, Təhsil İnstitutunun müəllim olmaq istəyən namizədlərə dəstək göstərmək, onların hazırlığına istiqamət vermək üçün gördüyü işlər diqqətə çatdırılıb. Həmçinin işə qəbul prosesi ilə bağlı vebinar və seminarların təşkil olunduğu bildirilib.

Qeyd olunub ki, müəllimlərin işə qəbulu müsabiqəsinin test mərhələsində namizədlərə təqdim edilmiş ixtisas üzrə suallar və onların cavabları hər gün Təhsil TV-nin canlı yayımında təhlil olunur.

İnfotur iştirakçıları imtahan prosesini izləyib və bu proseslə bağlı fikir mübadiləsi aparıblar.

 


Açar sözlər: ,  ,  ,