“Bankçılıq və rəqəmsal ödənişlər" virtual kursu üzrə elan olunan müsabiqə başa çatıb. Müsabiqədə Sumqayıt şəhəri və Abşeron rayonu üzrə 10 şagird qalib gəlib, 16 şagird fərqlənib.
Müsabiqəni keçirilməsində əsas məqsəd ümumtəhsil məktəblərində maliyyə savadlılığının ictimai dəyər kimi tanınması, şagirdlərin rəqəmsal ödənişlər ilə bağlı məlumatlılıqlarının artırılması, həmçinin maliyyə məsələləri ilə bağlı düzgün qərarlar vermək vərdişlərinin yaradılması və inkişaf etdirilməsi olub.
Qeyd edək ki, müsabiqə Azərbaycan Respublikasının Mərkəzi Bankı və VISA beynəlxalq kart təşkilatı tərəfindən təşkil edilib.