28.06.2022

“Yay Futbol Düşərgəsi” layihəsi start götürüb

Abşeron-Xızı Regional Təhsil İdarəsi və “Sumqayıt” futbol klubunun birgə təşkilatçılığı ilə “Yay futbol düşərgəsi” layihəsinə start verilib.

Doqquz gün müddətində üç qrup üzrə keçiriləcək layihədə Sumqayıt məktəblərinin II-VI sinif şagirdləri iştirak edəcəklər.

Layihənin keçirilməsində əsas məqsəd yeniyetmə və gənc şagirdlərin futbola cəlb olunması, şagirdlərin təhsilə həvəsləndirilməsi, onların asudə vaxtının səmərəli təşkili və futbolun kütləviliyinin artırılmasıdır.

Qeyd edək ki, ümumilikdə 48 məktəbdən 120-ə yaxın şagirdin qatılacağı bu layihə 2014-cü ildən həyata keçirilir və bu müddət ərzində mindən çox məktəbli bu tədbirdə iştirak edib.

 


Açar sözlər: ,  ,