“Könlüm keçir Qarabağdan” adlı respublika incəsənət festival-müsabiqəsinin Sumqayıt şəhəri, Abşeron və Xızı rayonları üzrə qalibləri mükafatlandırılıb.
Müxtəlif nominasiyalar üzrə Sumqayıt şagirdlərindən 7 nəfər I yer, 15 nəfər III yer, Xızı rayonundan 1 nəfər I yer, 2 nəfər II yer, 1 nəfər III yer, Abşeron şagirdlərindən isə 9 nəfər I yerin qalibi olub.
Qeyd edək ki, festival-müsabiqənin məqsədi uşaq və gəncləri Qarabağın Azərbaycan mədəniyyəti, tarixindəki yeri, işğal illəri və işğaldan sonrakı dövrü ilə tanış etmək, uşaqları milli-mənəvi dəyərlərimizə və adət-ənənələrimizə hörmət ruhunda tərbiyə etmək, onların bədii-estetik səviyyəsini yüksəltmək, incəsənət və mədəniyyətin ayrı-ayrı növləri üzrə istedadları üzə çıxarmaq və yaradıcılıq qabiliyyətlərini inkişaf etdirməkdir.