Abşeron-Xızı Regional Təhsil İdarəsinin yeni müdirinin təqdimat mərasimi keçirilib
Mayın 4-də Sumqayıt şəhər İ.Qayıbov adına 1 nömrəli tam orta məktəbin akt zalında Abşeron-Xızı Regional Təhsil İdarəsinin yeni müdirinin təqdimat mərasimi keçirilib.
Əvvəlcə qonaqlar ümummilli lider Heydər Əliyevin abidəsinə gül dəstələri düzüb, əziz xatirəsini yad ediblər. Daha sonra Heydər Əliyev Mərkəzini ziyarət ediblər.
Təqdimatda Təhsil nazirnin müavni Firudun Qurbanov, Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, İnsan Resursları Şöbəsinin müdiri Eşqi Bağırov, Abşeron-Xızı Regional Təhsil İdarəsinin yeni müdiri İlhamə Abdullayeva, Abşeron, Xızı, Sumqayıt şəhər Təhsil idarələrinin əməkdaşları və digər qonaqlar iştirak edib.
Tədbiri giriş sözü ilə açan Təhsil nazirinin müavini Firudun Qurbanov Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Təhsil Nazirliyinin sturkturunun təsdiq edilməsi haqqında” 2010-cu il 27 dekabr 1251 nömrəli və Azərbaycan Respublikası Təhsil Nazirliyinin sturukturunun təkmilləşdirilməsi haqqında” 2014-cü il 24 iyul tarixli 664 nömrəli sərənacamına uyğun olaraq 2021-ci il 20 dekabr tarixli sərəncamı ilə 12 Regional Təhsil İdarəsinin yaradılmasının əhəmiyyətindən danışıb. Nazir müavini çıxışında hər bir ölkənin uğurlu gələcəyinin onun təhsil sahəsinin inkişafından asılı olduğunu qeyd edib.
Prezident cənab İlham Əliyevin rəhbərliyi altında aparılan 44 günlük Vətən müharibəsinin əhəmiyyətindən bəhs edən F.Qurbanov bu parlaq qələbənin gələcək nəsillərə ötürülüməsində gənclərin rolundan bəhs edib.
Daha sonra çıxış edən Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov təhsil prosesinin şəhərinin ictimai-siyasi həyatı ilə sıx bağlı olduğunu və bu işdə daim dəstək göstərildiyini bildirib.
Daha sonra Abşeron-Xızı Regional Təhsil İdarəsinin yeni müdiri İlhamə Abdullayeva Təhsil ictimaiyyətinə təqdim edilib.
Görüşdə, həmçinin Abşeron, Xızı, Sumqayıt şəhərləri üzrə şagirdlərin göstəriciləri, eləcə də respublika fənn olimpiadaları və beynəlxalq olimpiadalarda qazanılan uğurlar nümayiş olunub. Sumqayıt şəhəri üzrə nəticələrin yüksək olduğu vurğulanıb
Sonda qonaqlar yeni Təhsil İdarəsinin müdirini təbrik edərək, ona gələcək fəaliyyətində uğurlar arzu edib.