29.04.2022

Şuşa şəhərinin 270 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Sumqayıt şəhər 5 nömrəli tam orta məktəbdə Şuşa şəhərinin əsasının qoyulmasının 270 illiyi ilə əlaqədar tədbir keçirilib.

Tədbirdə Sumqayıt şəhər Təhsil Şöbəsinin nümayəndələri, məktəb rəhbərliyi, müəllim kollektivi, eləcə də şagirdlər iştirak edib.

Tədbir Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəmanlarımızın əziz xatirəsini 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Daha sonra Şuşanın qədim tarixi barədə məlumat verilmiş, Qarabağ Xanlığı dövründə paytaxt olması, müasir dövrümüzdə mədəniyyət şəhəri elan edilməsi qeyd edilib. Məktəblilər “Xudayar təsnifatı”, “Ana yurdum”,”Şuşanın dağları”,”Şən Azərbaycan”,"Cənnətim Qarabağ",  “Biz mehriban ailəyik” və digər milli musiqilərimizi səsləndiriiblər.

Sonra şagirdlərin “Xarı bülbül” tamaşası nümayiş edilib. Həmçinin aşağı sinif şagirdləri görkəmli bəstəkar Qara Qarayevin “Yeddi gözəl” baletindən Valsda, milli rəqsdə ifa edilbər.

Görüşün sonunda qonaqlar belə milli vətənpərvərlik mövzusunda tədbirlərin keçirilməsinin əhəmiyyətini vurğulayıb.


Açar sözlər: ,  ,