28.04.2022

"Azercell Cup 2021" müsabiqəsində qalib şagirdlərimiz

Təhsil Nazirliyi və “Azercell Telekom” MMC tərəfindən proqramlaşdırma üzrə həyata keçirilən "Azercell Cup 2021" müsabiqəsinin qalibləri açıqlanıb.

Sumqayıt şəhər Təbiət elmləri təmayüllü gimnaziyanın şagirdi Orxan Məmmədli II yerə, 23 nömrəli tam orta məktəbin şagirdi Nəsir Bəşirov III yerə layiq görülüb.

Təbrik edir və uğurlar arzulayırıq!

Qeyd edək ki, müsabiqənin keçirilməsində məqsəd məktəblilərin rəqəmsal dünyaya, informatika elminə, kompüter mühəndisliyi və proqramlaşdırmaya olan marağının artırılmasıdır.


Açar sözlər: ,