Bolqarıstanın Sofiya şəhərində boks idman növü üzrə gənclər arasında Avropa çempionatı keçirilib.
40 ölkədən 400-dən çox idmançının qatıldığı çempionatda Azərbaycan milli yığma komandası tam heyətlə 13 nəfər idmançı ilə təmsil olunub.
Yığmanın tərkibində çıxış edən “Təhsil” Respublika İdman Mərkəzinin Sumqayıt şəhər 1 nömrəli ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman-şahmat məktəbinin idmançısı Kənan Babayev 48 kq çəki dərəcəsində I yeri tutaraq Avropa çempionu adını qazanıb.
“Təhsil” Respublika İdman Mərkəzinin 1 nömrəli respublika ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman məktəbinin idmançısı Amin Məmmədzadə isə 51 kq çəki dərəcəsində bürünc medal qazanıb.
Qeyd edək ki, Azərbaycan milli komandasının tərkibində çıxış edən gənc boksçulardan 8 nəfəri Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən uşaq-gənclər idman-şahmat məktəblərinin idmançılarından ibarət olub.