Aprelin 26-dan etibarən dövlət ümumi təhsil müəssisələrində müddətli müqavilə əsasında çalışan müəllimlərin daimiləşdirilməsi müsabiqəsinin apellyasiya müsahiələrinə başlanılır. Müddətsiz müqavilə əsasında çalışmaq istəyən namizədlərin apellyasiya müsahibələri 26-27 aprel tarixlərini əhatə edəcək.
Onlayn keçirilən müsahibələrdə iştirak edən namizədlərin müvafiq komissiya tərəfindən peşəkar kompetensiyaları, psixoloji hazırlığı və ümumi dünyagörüşü müsahibə proqramına uyğun olaraq yoxlanılacaq.
Müsahibəyə qoşulmazdan əvvəl namizədlərə şəxsi səhifələrində yerləşdirilən təlimatla tanış olmaq və müsahibə zamanı qeyd olunan qaydaları nəzərə almaq tövsiyə olunur.
Apellyasiya müsahibələrində iştirak edəcək şəxslərə uğurlar arzulayırıq!