Təhsil Nazirliyi Azərbaycan Dövlət Pedaqoji Universitetinin Strateji inkişaf mərkəzi ilə birgə gələcəkdə dövlət ümumi təhsil müəssisələrində direktor vəzifəsində çalışmaq arzusunda olan pedaqoji kadrlar üçün “Məktəb liderliyi" proqramına sənəd qəbulu elan edir.
Proqramın məqsədi müasir çağırışlara cavab verən məktəb liderlərinin hazırlanmasıdır.
Proqrama ümumi təhsil müəssisələrində çalışan və 5 ildən az olmayan pedaqoji staja malik ali təhsilli şəxslər müraciət edə bilər.
Proqramda iştirak etmək istəyən şəxslər 1 may 2022-ci il tarixinədək aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər: https://docs.google.com/forms/d/e/1FAIpQLSdchNeYJ7DG5kd2EUCd3zSE0_SiebA91Go30qqEER0Ktg_EDA/viewform
İştirakçı seçimi üç mərhələdə (elektron sənəd qəbulu, test imtahanı və müsahibə) həyata keçiriləcək.
Test imtahanı mərhələsində namizədlərin tənqidi oxu, riyazi-məntiqi və yazı bacarıqları dəyərləndiriləcək.
3 ay davam edəcək proqram çərçivəsində məktəbin idarə olunması və liderlik, tədrisin təşkili və idarə edilməsi, təhsildə qiymətləndirmə, məktəbdə heyətin idarə edilməsi və məktəbdə ünsiyyətin təşkili və idarə edilməsi mövzularında həftədə iki dəfə (cümə və şənbə günləri) olmaqla təlimlər keçiriləcək.
Qeyd edək ki, proqramla bağlı əavə suallar üçün mekteb.idarechileri@adpu.edu.az elektron ünvana yaza bilərsiniz.