18.04.2022

"Şuşa -uşaqların gözü ilə" adlı respublika rəsm və əl işləri müsabiqəsi

Aprelin 15-də Sumqayıt şəhər 1 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzində Respublika ümumtəhsil məktəblərinin şagirdləri və Uşaq-Gənclər İnkişaf Mərkəzləri arasında keçirilən "Şuşa -uşaqların gözü ilə" adlı respublika rəsm və əl işləri müsabiqəsinin təqdimat mərasimi keçirilib.

Mərasimdə Sumqayıt şəhər Təhsil Şöbəsinin müdiri Arzu Alızadə, Sumqayıt şəhər İcra Hakimiyyətinin nümayəndəsi Fərman Kazımov, həmçinin Tərtər, Zaqatala, Qax, Qazax, Xızı, Ağstafa, Ağdam, Ağdaş, Abşeron, Göyçay, Xaçmaz, Samux, Siyəzən, Kürdəmir, Salyan , Göyçay, rayonlarının Uşaq-Gənclər İnkişaf Mərkəzləri, Bakı şəhər 2 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzi, Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin nümayəndləri və digər qonaqlar iştirak edib.

Çıxış edən qonaqlar milli vətənpərvərlik ruhunda belə müsabiqələrin keçirilməsinin əhəmiyyətindən bəhs edib.

Çıxışlardan sonra dərnək üzvləri tərəfindən maraqlı kompozisiyalar nümayiş olunub.

Sonda qaliblərə mükafatlar təqdim edilib.


Açar sözlər: