14.04.2022

Direktoryanı müşavirə

Aprelin 13-də Sumqayıt şəhər ümumi təhsil müəssisələrində ibtidai siniflərdə şagirdlərin oxu və yazı bacarıqlarının monitorinqinin nəticələri ilə bağlı direktoryanı müşavirə keçirilib.

Toplantıda Metodkabinetin direktoru Gülbahar Haqverdiyeva, metodist Nuranə Hümbətova, eləcə də məktəb direktorları iştirak edib.

Belə ki, “2021-2022-ci tədris ilində ümumi təhsilin fəaliyyət istiqamətləri barədə” Təhsil Nazirliyinin 21.09.202-ci il, F-450 nömrəli əmrinə uyğun olaraq şəhərimiz üzrə seçmə yolla 2, 7, 8, 9, 10, 16, 17, 37, 38, 39 nömrəli tam orta məktəblərdə monitorinq aparılıb. Ümumilikdə yoxlamalarda 31 sinif üzrə Azərbaycan dili fənnindən 705, riyaziyyat üzrə 702 şagird iştirak edib.

İclasda nəticələri aşağı olan məktəblərə aşkarlanan nöqsanlarla bağlı tövsiyələr verilmiş, həmçinin müvafiq fənlər üzrə şagirdlərin əlavə məşğələlərə cəlb oluhması bildirilmişdir.


Açar sözlər: ,