Aprelin 12-də Sumqayıt şəhər İsmət Qayıbov adına 1 nömrəli tam orta məktəbdə “Vətən bağı al-əlvandır, var içində xarı bülbül” adlı tədbir keçirilib.
Görüşdə məktəbin rəhbərliyi, müəllim kollektivi, Sumqayıt şəhər Təhsil Şöbəsinin Metodkabinetin direktoru Gülbahar Haqverdiyeva, metodist Cəmilə Fəyyaz və digər qonaqlar iştirak edib.
Öncə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, daha sonra şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Şagirdlər şeirlər söyləyib, milli musiqidə ifa ediblər. Daha sonra “Qarabağ Azərbaycandır”, “Vətən yaxşıdır”, “Ey vətən” adlı musiqilərimiz səsləndirilib. Tədbir şagirdlərin rəngarəng çıxışları ilə davam edib.
Görüşdə 2022-ci ilin “Şuşa ili” elan edilməsi 28 il düşmən əsarətində olan, lakin heçvaxt milli simasını və ruhunu dəyişməyən bu şəhərin tarixi şöhrətini özünə qaytaracağı qeyd edilib. Həmçinin əlverişli starteji-coğrafi mövqeyə malik olan Şuşa şəhərinin 2020-ci il 8 noyabr tarixində rəşadətli Ordumuz tərəfindən işağaldan azad edilməsi vurğulanıb. Çıxış edən Metodkabinetin direktoru G.Haqverdiyeva, metodist C.Fəyyaz, məktəbin direktor müavini N.Dadaşova və uşaq birliyi rəhbəri P.Mustafayeva bu mövzuda görüşlərin keçirilməsinin əhəmiyyətini qeyd ediblər.
Xatırladaq ki, Cənab Prezident İlham Əliyevin Sərəncamı ilə 2022-ci ilin “Şuşa ili” elan edilməsi ilə əlaqədar Sumqayıt şəhər ümumi təhsil müəssisələrində belə tədbirlərin davamlı keçirilməsi nəzərdə tutulub.