29 aprel – 3 may tarixlərində Təhsil İnstitutu və “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin birgə təşkilatçılığı ilə Qubada tələbələrin yaz düşərgəsi təşkil ediləcək.
Düşərgədə iştirak etmək istəyən tələbələr 20 aprel 2022-ci il tarixinədək https://anket.edu.az/link/179 linki vasitəsilə qeydiyyatdan keçməli və ali riyaziyyat üzrə baza biliklərin (“Riyazi analiz”, “Cəbr və ədədlər nəzəriyyəsi” fənləri üzrə) yoxlanılması məqsədilə keçiriləcək test imtahanında uğur qazanmalıdırlar.
Qeyd edək ki, düşərgədə ali təhsil müəssisələrinin riyaziyyat və texniki ixtisaslarında bakalavriat səviyyəsi üzrə təhsil alan III və IV kurs tələbələri, həmçinin magistratura səviyyəsi üzrə təhsil alanlar iştirak edə bilərlər.