12.04.2022

“Təhsil” Respublika İdman Mərkəzinin sərbəst güləş üzrə respublika birinciliyi keçirilib.

“Təhsil” Respublika İdman Mərkəzinin sərbəst güləş üzrə respublika birinciliyi keçirilib.

2007-2009-cu il təvəllüdlü oğlanlar arasında təşkil olunan yarışa uşaq-gənclər idman-şahmat məktəblərindən 24 komanda olmaqla, 259 nəfər idmançı qatılıb.

Ümumi hesabda Gəncə şəhər 1 nömrəli uşaq-gənclər idman-şahmat məktəbi I yeri, 1 nömrəli respublika ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman məktəbi II yeri, Sumqayıt şəhər 1 nömrəli ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman-şahmat məktəbi III yeri tutub.

Qalib idmançılar “Təhsil” Respublika İdman Mərkəzi tərəfindən diplom və medalla təltif olunub.


Açar sözlər: