Sumqayıtda məktəblilər arasında “Şuşa Kuboku” adlı bilik yarışına start verilib.
Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi və Sumqayıt şəhər Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə ümumtəhsil müəssisələrinin IX-XI sinif şagirdləri arasında “Xəmsə” formatında keçirilən “Şuşa Kuboku” adlı bilik yarışının I, II mərhələlərinə yekun vurulub.
Yarışın keçirilməsində məqsəd ölkə başçısının 2022-ci ilin “Şuşa ili” elan edilməsi haqqında sərəncamından irəli gələn məsələlərin həlli, 44 günlük Vətən Müharibəsinin təbliği, həmçinin gənclərin intellektual səviyyəsinin, zehni inkişafının stimullaşdırması, onlar arasında sağlam elmi rəqabət mühitinin yaradılması və asudə vaxtlarının səmərəli təşkil edilməsidir.
Ümumilikdə şəhərimizin 32 ümumtəhsil müəssisəsi müsabiqəyə qatılıb. 4 zona üzrə 8 qrupda keçiriləcək bilik yarışının I, II zona mərhələsində 28 nömrəli tam orta məktəbin “Kepler”, 3 nömrəli tam orta məktəbin “Oğuz”, 23 və 1 nömrəli tam orta məktəbin “Zəfər” komandaları yarımfinal mərhələsinə vəsiqə qazanıb.
Bu turda qalib komandalara Baş İdarənin fəxri fərman və hədiyyələri təqdim olunub.
Növbəti mərhələlərdə şagirdlərimizə uğurlar arzu edirik.
Qeyd edək ki, yarışın növbəti mərhələsinin aprel ayı ərzində keçirilməsi nəzərdə tutulur.