26.03.2022

Sumqayıt idmançılarının uğurları

07-13 mart tarixində Gənclər və İdman Nazirliyi və Azərbaycan Boks Federasiyası tərəfindən yeniyetmələr arasında boks idman növü üzrə Azərbaycan birinciliyi keçirilib.

Yeniyetmə boksçular arasında 14 çəki dərəcəsi üzrə təşkil olunan birinciliyə ölkənin müxtəlif rayon və şəhərlərindən olan klublar, cəmiyyətlər və idman təşkilatlarından 63 komanda olmaqla 327 nəfər idmançı qatılıb.

Sumqayıt şəhəri üzrə idmançılarımız müxtəlif çəki üzrə I, II, III yerin sahibi olub.

Qaliblər aşağıdakılardır: I yer: Rəsulzadə Özcan-21 nömrəli tam orta məktəb, Aslanlı Ömər - 24 nömrəli tam orta məktəb, Əlizadə Nərmin-25 nömrəli tam orta məktəb

II yer: Allahverdiyev Təyyar -Təfəkkür liseyi, Zairov Tofiq -7 nömrəli məktəb

III yer: Abdullayev Nicat-26 nömrəli tam orta məktəb

Təbrik edirik!


Açar sözlər: