“Rəqəmsal bacarıqlar” layihəsi ölkənin 16 şəhər və rayonunda 250 məktəbdə 1580-dən çox müəllim və 190 000 şagirdi əhatə edir.
Layihə Bakı, Sumqayıt, Gəncə, Şəki, Şirvan, Şamaxı, Lənkəran, Biləsuvar, Mingəçevir, Xaçmaz, Yevlax, Sabirabad, Salyan, Şəmkir, Göyçay və Şabran şəhər və rayonları üzrə məktəblərdə tətbiq edilir.
2021-2022-ci tədris ilində Bakı, Sumqayıt, Gəncə və Mingəçevir şəhərlərinin 11 məktəbində pilot “İT sinifləri”nə start verilib. Bu siniflərdə təşkil olunan dərslərə Azərbaycan və rus bölmələri üzrə ümumilikdə 316 nəfər X sinif şagirdi cəlb olunub.
Növbəti tədris ilində layihənin 500-ə yaxın məktəb və 300 000 şagirdi əhatə etməsi planlaşdırılır.