14.03.2022

Karate idman növü üzrə qalib şagirdimiz

Martın 5-də "Təhsil" Respublika İdman Mərkəzi tərəfindən karate idman növü üzrə uşaq və yeniyetmələr arasında "Bədən Tərbiyəsi və İdman Günü" nə həsr olunmuş yarış keçirilib.

Sumqayıt şəhər 31 nömrəli tam orta məktəbin VIIa sinif şagirdi Əli Ağayev Zahid oğlu qalib gələrək I yerə layiq görülüb.

Qaliblərə "Təhsil" Respublika İdman Mərkəzinin diplomları təqdim olunub.

Təbrik edirik!


Açar sözlər: