16.03.2022

“Zəfərimin Novruzu”

Sumqayıt şəhər Təhsil Şöbəsinin nəzdində fəaliyyət göstərən Gənc Müəllimlər Şurasının təşkilatçılığı ilə “Zəfərimin Novruzu” adlı tədbir keçirilib.

Tədbirdə Şöbənin müdiri Arzu Alızadə, Metdokabinetin direktoru Gülbahar Haqverdiyeva, şəhərimizin təhsil işçiləri iştirak edib.

Görüşün əvvəlində Azərbaycanın bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Sonra qonaqlar Novruz bayramı ilə bağlı hazırlanan çadırlarla tanış olub. Tədbir milli bayramın əsas personajları olan kosa və keçəlin kompozisiyası ilə davam edib. Daha sonra şagirdlər milli adət-ənənələrimizi əks etdirən maraqlı tamaşalar göstərib. Həmçinin milli musiqilərimiz səsləndirlib.

Sonda çıxış edən müdir A.Alızadə və Metodkabinetin direktoru G.Haqverdiyeva bütün qonaqları Novruz Bayramı münasibətilə təbrik edib, onlara can sağlığı arzu edib. Müdir A.Alızadə Ali Baş Komandan rəhbərliyi altında aparılan Vətən Müharibəsində Azərbaycan Ordusunun qazandığı parlaq Qələbəyə görə Prezident İlham Əliyev, əsgər və zabitlərimizə təşəkkür edib.


Açar sözlər: