09.03.2022

"Master readers" adlı olimpiada keçirilib

"Edu distance" təhsil mərkəzi tərəfindən ingilis dili üzrə "Master readers" adlı olimpiada keçirilib. Fevral ayında "Qafqaz Business Center" də qaliblərin mükafatlandırma mərasimi keçirilib.

Belə ki, Sumqayıt şəhəri üzrə 15 məktəb və 50-yə yaxın şagird iştirak edib. Onlardan 24-ü qızıl, 12-si gümüş, 4-ü bürünc medal qazanıb.

Qızıl medal:

Təbiət elmləri təmayüllü gimnaziya, Təfəkkür, Texniki və təbiət elmləri liseyi, 1, 2, 5, 11, 12, 30, 31, 41 nömrəli tam orta məktəblərin şagirdləri

Gümüş medal:

Təbiət elmləri təmayüllü gimnaziya Təfəkkür liseyi, 5, 15, 27, 31, 35 nömrəli tam orta məktəblər

Bürünc medal:

Texniki və təbiət elmləri liseyi, 5, 31, 35 nömrəli tam orta məktəblər

İştirakçıları təbrik edir, uğurlarının davamlı olmasını arzu edirik!


Açar sözlər: ,