11.03.2022

Mina təhlükəsizliyə dair açıq dərslər keçirilib.

Martın 10-da Sumqayıt şəhər 12 və 18 nömrəli tam orta məktəbdə Mina təhlükəsizliyə dair açıq dərslər keçirilib.

Tədbirdə Təhsil Nazirliyinin əməkdaşı Əhliyyət Adıgözəlov, Sumqayıt şəhər Təhsil Şöbəsinin müdiri Arzu Alızadə, Fövqəladə Hallar Nazirliyinin əməkdaşı kapitan Süleyman Heydərov və məktəb direktorları iştirak edib.

Şagirdlərlə minalı ərazilərdə təhlükəsizliyinin təmin edilməsinə dair maarifləndirici söhbət aparılıb. Minalı ərazilərdə davranış qaydaları izah edilib. Həmçinin mina təhlükəsizliyinə dair videoçarxlar nümayiş etdirilib. Şagirdlərə mina və partlamamış hərbi sursatların rəngi, ölçüsü, forması haqda məlumat verilib. Sonda məktəbliləri maraqlandıran suallar cavablandırılıb.


Açar sözlər: ,  ,