04.03.2022

Sumqayıt şəhər 1 nömrəli ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman-şahmat məktəbinin idmançısı İsmayıl İbrahimov gümüş medal qazanıb

Polşanın Varşava şəhərində cüdo üzrə böyüklər arasında açıq Avropa turniri keçirilib.

Yarışda Azərbaycan milli komandasının tərkibində çıxış edən “Təhsil” Respublika İdman Mərkəzinin Sumqayıt şəhər 1 nömrəli ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman-şahmat məktəbinin idmançısı İsmayıl İbrahimov 66 kq. çəki dərəcəsində gümüş medal qazanıb.

Təbrik edirik!

Qeyd edək ki, Azərbaycan komandası 2 qızıl, 1 gümüş, 2 bürünc medal ilə 32 ölkə arasında üçüncü yeri tutub.


Açar sözlər: