03.03.2022

İnformatika üzrə yarımfinal turu keçiriləcək

Martın 8-də informatika üzrə fənn olimpiadasının yarımfinal turu ölkə üzrə 5 mərkəzdə təşkil olunacaq.

Bakı şəhəri üzrə 2, bölgələr üzrə isə 3 mərkəzdə  keçiriləcək yarımfinal tur aşağı yaş qrupu üzrə saat 10:00, yuxarı yaş qrupu üzrə isə saat 15:00-da başlayacaq. 

Rayon (şəhər) mərhələsində https://portal.edu.az/saytı vasitəsilə qeydiyyatdan keçən şagirdlər buraxılış vərəqələrini https://portal.edu.az/ saytından, 8-ci sinif şagirdləri isə təhsil aldıqları ümumi təhsil müəssisələrindən əldə edə bilərlər. 

İştirakçılardan yarışın başlama vaxtından bir saat əvvəl qeyd edilən mərkəzdə olmaları xahiş olunur.

Qeyd edək ki, fənn olimpiadaları “Kapital Bank”ın baş sponsorluğu ilə həyata keçirilir.

Bütün iştirakçılara uğurlar arzulayırıq!