01.03.2022

1 Mart- Ümumdünya Mülki Müdafiə Günü və "Narkotiksiz həyat" adlı tədbir keçirilib.

1 Mart- Ümumdünya Mülki Müdafiə Günü və "Narkotiksiz həyat" adlı tədbir keçirilib.

Tədbirdə Sumqayıt şəhər Təhsil Şöbəsinin müdiri Arzu Alızadə, Sumqayıt şəhər Polis İdarəsinin rəisi Fəqan Azadəliyev, Sumqayıt Gənclər və İdman Baş İdarəsinin rəisi Elgün Hümbətov, Narkoloji Dispanserin həkimi Vüsal Cabbarov və təhsil işçiləri iştirak edib.

Əvvəlcə iştirakçılar Mülki Müdafiə Günü ilə əlaqədar şagirdlərin hazırladığı səhnəcikləri izləyiblər.

9 nömrəli tam orta məktəbin akt zalında baş tutan görüşdə əvvəlcə iştirakçılar narkomaniyanın fəsadlarından bəhs edən videoçarxa baxıblar. Sonra Sumqayıt şəhər Polis İdarəsinin rəisi F.Azadəliyev çıxış edərək müasir dövrdə insan sağlamlağına zərər vuran, ağ ölüm kimi tanınan narkotik vasitələrin zərərindən danışıb. Daha sonra A.Alızadə narkotik vasitələrin daha çox gənclər arasında sürətlə yayılması təhlükəsinin qarşısının alınması üçün belə maarifləndirici tədbirlərin keçirilməsinin əhəmiyyətindən bəhs edib.

Çıxış edən E.Hümbətov cəmiyyətimizin bu bəladan xilas etmək və gənc nəslin sağlam böyüməsi üçün bu sahədə dövlətimizin atdığı mütərəqqi addımları vurğulayıb.

Tədbirdə iştirak edən şəhid Elnur Allahverdizadənin anası müəllim Süsən Həsənova belə maarifləndirici tədbirlərin davamlı keçirilməsinin vacibliyindən bəhs edərək şagirdlərə tövsiyələr verib.

Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb.


Açar sözlər: