28.02.2022

“Yeni çağırışlar” da tanınmış yazıçı, psixoloq Azra Kohen qonaq olacaq

Martın 8-də “Yeni çağırışlar” müzakirə proqramının növbəti buraxılışı yayımlanacaq. 

Proqramın budəfəki qonağı tanınmış yazıçı, psixoloq, Türkiyə və İtaliyada betsellər müəllifi Azra Kohen olacaq. Azra Kohen ilə davamlı inkişaf və özünükəşf barədə danışılacaq.

Azra Kohenin müəllifi olduğu “Fi”, “Çi”, “Pi”, “Məni gör”, “Aiden” kitabları Türkiyə və İtaliyada satış rekordları qırıb. Azra Kohenin müəllifi olduğu “Fi” kitabına film də çəkilib.

Qeyd edək ki, Təhsil Nazirliyinin dəstəyi və “T-Network"ün təşkilatçılığı ilə davam edən proqram nazirliyin rəsmi “Facebook” səhifəsi üzərindən canlı yayımlanacaq. 


Açar sözlər: