25.02.2022

“Sabahın alimləri” XI Respublika müsabiqəsinin qalibləri

Fevralın 24-də “Sabahın alimləri” XI Respublika müsabiqəsinin onlayn bağlanış mərasimi keçirilib. Tədbirdə qaliblər müəyyənləşib.

Belə ki, Sumqayıt şəhər Texniki və təbiət elmləri liseyi, 1, 11, 23, 28, 31, 36 nömrəli tam orta məktəbin şagirdləri müxtəlif kateqoriyalar üzrə II və III yerə layiq görülüblər.

Qalib gələn layihələr

II yer gümüş medal

"Çoxfunksional nəzarətçi xəbərdaredici robot"-Texniki və təbiət elmləri liseyi

“Nanoquruluşlu maddələrlə tullantı sularının təmizlənməsi və istifadəsi”- 23 nömrəli tam orta məktəb

"Hərbi geyimlərdə mərkəzləşdirilmiş istilik sistemi"- 31 nömrəli tam orta məktəb

III yer bürünc medal

"Çətirtipli hibridlidron"-Texniki və təbiət elmləri liseyi

"İndividual foto qəbzin hazırlanması"- 1 nömrəli tam orta məktəb

"Qaldırılmış və şaquli hərəkət edən əlil arabası"- 11 nömrəli tam orta məktəb

"Torpaqdan alternativ enerjinin alınması" -23 nömrəli tam orta məktəb

"Əlil ev heyvanlarının protez ayağının modelləşməsi"-28 nömrəli tam orta məktəb

''Üz nahiyəsinin dəyişikliklərinə görə xəstəliyin diaqnostikası"- 36 nömrəli tam orta məktəb

Qeyd edək ki, Texniki və təbiət elmləri liseyi və 23 nömrəli tam orta məktəbin 2 layihəsi ayrı ayrılıqda II və III yerlərə layiq görülüb.

Qalib məktəbləri, şagird və layihə rəhbərlərini təbrik edirik! Uğurlarınız davamlı olsun!


Açar sözlər: ,