2021-2022-ci tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsində müddətli müqavilə əsasında işə qəbul olunmuş namizədlərlə müddətsiz əmək müqaviləsinin bağlanılması məqsədi ilə daimiləşmə müsabiqəsinə start verilir.
Müsabiqədə iştirak üçün elektron sənəd qəbulu 1-7 mart tarixlərində həyata keçiriləcək.
Namizədlər 1 mart saat 00:00-dan etibarən https://www.miq.edu.az/muqavile/ saytına daxil olaraq daimiləşmə müsabiqəsində iştirak etmək üçün qeydiyyatdan keçə bilərlər. Qeydiyyat üçün son tarix 7 mart saat 23:59-dur.
Qeyd edək ki, cari tədris ili üzrə daimiləşmə müsabiqəsi ənənəvi formatda həyata keçiriləcək. Namizədlərin daxil etdiyi məlumatlar yoxlanıldıqdan sonra müsahibənin keçiriləcəyi tarix, saat və məkan barədə məlumat şəxsi səhifələrə göndəriləcək.
Daimiləşmə müsabiqəsində cari tədris ili üzrə keçirilmiş müəllimlərin işə qəbulu müsabiqəsində zəruri keçid balını toplayan, pedaqoji istiqamətlər üzrə orta ixtisas və ya ali təhsil almış, 31 yanvar 2022-ci ilədək müvafiq vakant yerlərə müddətli əmək müqaviləsi ilə işə qəbul edilmiş şəxslər iştirak edə bilərlər.
Eyni zamanda mövcud qaydalara görə, daimiləşmə müsabiqəsində uğur qazanan şəxslərin üç tədris ili ərzində keçiriləcək müəllimlərin işə qəbulu və yerdəyişməsi müsabiqəsində iştirakı təmin olunmayacaq.
Əlavə olaraq, namizədlər https://www.miq.edu.az/muqavile/ saytında “Sual-cavab” bölməsinə daxil olaraq müsabiqə ilə bağlı ətraflı məlumat əldə edə bilərlər:
Sual-cavab: https://www.miq.edu.az/muqavile/
Müsabiqədə iştirak edəcək müəllimlərə uğurlar arzulayırıq!