21.02.2022

Beynəlxalq Ana dili Günü ilə bağlı tədbir keçirilib

21 Fevral- Beynəlxalq Ana Dili Günü ilə bağlı Sumqayıt şəhər Poeziya Evində uşaqların yaxın dostu, görkəmli Azərbaycan yazıçısı, şair, pedaqoq, nasir, filologiya elmlər doktoru, professor Zahid Xəlil Sumqayıt məktəbliləri ilə görüşüb.

Tədbirdə Sumqayıt şəhər Təhsil Şöbəsinin əməkdaşı Cəmilə Fəyyaz, şair Rafiq Yusifoğlu, İbrahim İlyaslı, qabaqcıl təhsil işçiləri, eləcə də şagirdlər iştirak edib.

Yazıçı Zahid Xəlil çıxış edərək Ana dili günü, doğma dilimizin qədim tarixi, inkişaf yolu haqqında məlumat verib. Həmçinin şair şagirdlərə Azərbaycan dilinin qorunması və onun inkişafı ilə tövsiyə və məsləhətini bildirib

Bir çox məktəblilərinin qatıldğı tədbirdə 3, 14, 35 və Təfəkkür liseyinin şagirdləri şairin əsərlərinə maraqlı illüstrasiyalar çəkmiş, şairin hekayələrini səhnələşdirmiş və şeirlərini səsləndirərək ona olan sevgilərini ifadə ediblər.

Sonda şagirdlərin çoxsaylı sualları cavablandırılıb. Şagird və müəllimlər Şair Zahid Xəlilə tədbirdə iştirak etdiyi üçün təşəkkür ediblər.


Açar sözlər: