21.02.2022

İbtidai təhsil səviyyəsininin III sinfini vaxtından əvvəl bitirən şagirdimiz

Sumqayıt şəhər 31 nömrəli tam orta məktəbin 3-cü sinif şagirdi Fatimə Mirzəliyeva ümumi təhsil pilləsinin ibtidai təhsil səviyyəsinin III sinfini vaxtından əvvəl bitirmişdir.

Hal-hazırda Fatimə 4-cü sinifdə təhsil alır.

Bu, onun birinci uğuru deyil. Qeyd edək ki, Fatimə 2019-cu və 2021-ci illərdə Təhsil Respublika İdman Mərkəzinin şahmat üzrə Respublika birinciliyində II yer tutmuşdur. Həmçinin ‌2021-ci il Azərbaycan Ordusunun Şanlı Qələbəsinə həsr olunmuş Azərbaycan və Pakistan şahmatçıları arasında yoldaşlıq görüşündə II yerin, Milli Qəhrəman Polad Həşimovun doğum gününə həsr olunmuş onlayn şahmat turnirində qızlar arasında I yerin, eyni ildə keçirilən Azərbaycan, Gürcüstan, Türkiyə, Ukrayna məktəbliləri arasında yoldaşlıq turnirində qızlar arasında I yerin qalibi olmuşdur. Bununla yanaşı, o, müxtəlif onlayn şahmat turnirlərində, eləcə də şəhərimizdə şahmat üzrə keçirilən yarışlarda uğur qazanmışdır.

Xatırladaq ki, təhsil səviyyələrini vaxtından əvvəl bitirmə təcrübəsinin tətbiqi istedadlı şagirdlərin aşkara çıxarılması və onların təhsil əməyinin qiymətləndirilməsi məqsədi daşıyır.


Açar sözlər: