11.02.2022

“Yeni çağırışlar” da xöşbəxt məktəblər haqqında danışılacaq

21 fevral saat 21:00-da “Yeni çağırışlar” onlayn müzakirə proqramının növbəti buraxılışı yayımlanacaq. Proqramın budəfəki qonağı tanınmış türkiyəli psixoloq, Baltaş Qrupunun rəhbəri, professor Acar Baltaşdır. Qabaqcıl elm adamı Acar Baltaş ilə xoşbəxt məktəblər barədə danışılacaq.

Professor Cərrahpaşa Universitetində doktorantura təhsili zamanı Türkiyədə ilk dəfə olaraq neyro-psixologiya mövzusunu araşdırıb, “Beynin yüksək funksiyaları” haqqında tədqiqatlar aparıb. Acar Baltaş 1983-cü ildən bu günə kimi təşkilati psixologiya mövzusunda təcrübəsini iş həyatının ehtiyacları ilə uzlaşdıraraq liderlik və komanda işi

mövzusunda seminarlar verir, kitablar yazır və insan resursları sahəsində xidmət göstərən Baltaş Qrupunu idarə edir.

“Həyatı dolu-dolu yaşamaq”, “Xəyalını yorğanına görə uzat”, “Türk mədəniyyətində idarəçilik”, “Yeni minillikdə iş uğurunun 12 açarı”, "Bir səyahət olaraq liderlik” və digər kitabların müəllifidir.  

Qeyd edək ki, Təhsil Nazirliyinin dəstəyi və “T-Network” platformasınının təşkilatçılığı ilə davam edən proqram Təhsil Nazirliyinin rəsmi “Facebook” səhifəsi üzərindən canlı yayımlanacaq. 


Açar sözlər: