07.02.2022

Məktəblərdə alternativ enerjinin istifadəsinə başlanılıb

Təhsil Nazirliyinin təşəbbüsü, bp və tərəfdaşlarının dəstəyi ilə "Pellet məhsulları ilə Azərbaycanın orta məktəblərinin isidilməsi" layihəsi həyata keçirilir. Layihə Azərbaycan Könüllülər İctimai Birliyi tərəfindən icra edilir.

Layihə ölkəmizdə təbii qaz və ya digər alternativ istilik sistemləri ilə təchiz olunmamış ümumi təhsil müəssisələrinin pellet yanacağı vasitəsilə qızdırılmasını nəzərdə tutur. Pellet yanacağı ağac və taxta tullantılarının təkrar emalı nəticəsində əldə olunan ekoloji təmiz enerji mənbəyidir. 

Layihə çərçivəsində Tovuz və Ağstafa rayonunda seçilmiş 5 məktəbdə pellet yanacağı ilə işləyən isitmə sistemi quraşdırılıb. 

Qeyd edək ki, layihənin icrası benefisiar icmalarda olan məktəblərdə istilik probleminin həlli ilə yanaşı Azərbaycanda bərpa oluna bilən, ekoloji təmiz enerji mənbələrinin yaradılması və geniş istifadəsinə də təkan verəcək. 


Açar sözlər: