08.02.2022

“eTwinning Azərbaycan” şagirdlər üçün müsabiqə elan edir

“eTwinning Azərbaycan” layihəsi çərçivəsində  şagirdlər üçün ənənəvi olaraq növbəti müsabiqə elan olunur. Müsabiqənin icra müddəti 28 fevral tarixinədək davam edəcək.

İstənilən yaş qrupuna aid olan şagirdlər “Mənim Böyük İdeyam” (“My Big Idea”) mövzusunda təqdimatlar  hazırlayaraq müsabiqəyə fərdi və ya komanda şəklində  müraciət edə bilər. Müsabiqəyə müraciət etmək üçün şagirdlər gündəlik rastlaşdığı bir problemi taparaq həmin mövzuda araşdırma aparacaq. Aşkar etdikləri problemi  süni intellektdən və ya müasir texnologiya vasitələrindən istifadə edərək həlli yolunu  təqdim edəcəklər.  Şagirdlərin təklif etdikləri  həll  yeni bir innovasiya və ya ideya olmalıdır. Müsabiqə üçün təqdim edilən həll cəmiyyətə innovasiyanın gələcək üçün həyatı necə yaxşılaşdıracağını göstərməlidir.

Real dünya problemlərinin öhdəsindən gələ bilmək üçün şagirdlər  rəqəmsal düşüncə, proqramlaşdırma, tənqidi düşüncə və problemləri həlletmə bacarıqlarını nümayiş etdirmiş olacaqlar.
Layihə təklifləri  videoçarx, təqdimat, esse və s. formatlarından birində ola bilər. 

Müraciət zamanı təqdim olunan  material aşağıda qeyd olunan meyarlara cavab verməlidir:

 Təqdimat  video formatda maksimum 3 dəqiqə, təqdimat formatında 7-10 slayd, esse formatında 2 səhifə (A4, Arial 12 şriftində) olmalıdır; 

İstifadə olunan dil sərbəstdir;   

Materiallarda eTwinning loqosunun olması mütləqdir; 

Müraciət fərdi və komanda şəklində ola bilər.(Komandaya cəlb olunacaq şagird sayı 5 nəfərdən artıq olmamalıdır);

Komanda üzvləri müxtəlif sinif və yaş qrupuna aid ola bilər, lakin komanda üzvlərinin eyni məktəbdən olması mütləqdir. Məktəb üzrə müraciət edən komanda sayında limit yoxdur.

Qeyd edək ki, müraciət etmək istəyənlərdən təqdimatlarını 28 fevral 2022-ci il tarixinədək etwinning@tsii.edu.az ünvanına e-poçt vasitəsilə göndərmələri xahiş olunur.

 


Açar sözlər: ,