05.02.2022

Virtual toplantı keçirilib

Fevralın 4-də Sumqayıt şəhər Təhsil Şöbəsinin rəhbərliyi, əməkdaşları və məktəb direktorlarının birgə iştirakı ilə növbəti virtual toplantı keçirilib.

İclasda çıxış edən müdir Arzu Alızadə 2021-2022-ci tədris ilində II yarımil üzrə qarşıda duran vəzifələri iştirakçıların nəzərinə çatdırıb. Həmçinin son dövrlərdə müzakirə olunan şagird-müəllim münasibətlərinə toxunan müdir A.Alızadə istər şagird-müəllim, istərsə də müəllim-valideyn münasibətlərinin düzgün qurulmasının əhəmiyyətli rolundan bəhs edib.

Sonra müdir müavini Ramin Abasov Respublika Fənn Olimpiadalarında yarımfinala çıxan şagirdlər haqda məlumat verib. Daha sonra müdir A.Alızadə RFO-nun final mərhələsində şagirdlərə uğurlar arzulayıb və yarımfinal iştirakçıları ilə növbəti tura hazırlıq məqsədilə müvafiq işlərin aparılması ilə bağlı məktəb direktorlarına tapşırıq verib.

Sonda iclas iştirakçılarının sualları cavablandırılıb və məktəb rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

Qeyd edək ki, 412 nəfər Sumqayıt məktəblisi RFO-nun yarımfinalına vəsiqə qazanıb. Onlardan 137 nəfəri Təbiət elmləri təmayüllü gimnaziyanın payına düşür


Açar sözlər: