02.02.2022

Gənclər Günü ilə əlaqədar bir qrup gənc müəllimlərə fəxri fərmanlar təqdim edilib

Sumqayıt şəhər Təhsil Şöbəsinin müdiri Arzu Alızadə 2 fevral-Gənclər Günü münasibətilə işə yeni təyin olunan bir qrup gənc müəllimlərlə görüşüb.

Görüşdə müdir A.Alızadə çıxış edərək təhsilin tələblərinə uyğun dərslərin təşkili, müəllim-şagird münasibətlərinin düzgün qurulması məsələlərinə toxunub. Həmçinin gənc təhsil işçilərinə tövsiyələr verərək gələcək fəaliyyətlərində uğurlar arzu edib. Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan 44 günlük Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsi yad edilib, qazilərimizə can sağlığı arzu edilib.

Qeyd edək ki, II Qarabağ müharibəsinin iştirakçısı olan gənc müəllimlər də tədbir zamanı təltif edilib.

Sonda müəllimlərə fəxri fərmanlar təqdim edilib.


Açar sözlər: ,  ,